Gözəllik salonunda qadının pulqabısı oğurlandı

saytların hazırlanması

Evə çatdırılma

Gözəllik salonunda qadının pulqabısı oğurlandı

Kriminal

07 Mart 2023 11:53 807


Bakıda gözəllik salonunda qadının pulqabısı oğurlanıb.

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, Xətai rayonu ərazisində yerləşən gözəllik salonlarının birində orada işləyən qadının içərisində 1300 manatı və bank kartları olan pulqabısı oğurlanması barədə polisə məlumat daxil olub.

Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Laçın rayon sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Tərlan Bədəlova müəyyən olunaraq saxlanılıb. pizza sifarişi

Araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!