Xalq artisti Brilliant Dadaşova sosial şəbəkə paylaşımında məktəbli davasından söz açıb.
Yenisabah.az xəbər verir ki, o, "Instagram" hesabında şagirdin məktəbdə sinif yoldaşını döyməsi ilə bağlı vodeoya münasibət bildirib.
İfaçı paylaşımında bu sözləri yazıb: Dördpendirli pizza
"Vicdansızlıq etməyin, şeytana qoşulub. Allahın əleyhinə getməyin! Güclünün "adamı" var deyə, fağırı incitməyin!
Ay "iki uşaq vuruşub" deyənlər, guya bilmirsiniz ki, vuruşarkən iki tərəfin vurması şərtdir? Guya bilmirsiniz ki, tək tərəf zərbə endirirsə, bu, cinayətdir?
Təbiətin qarşısında biz qarışqayıq, heç olmazsa, öz vicdanınız qarşısında qarışqa olmayın. Haqqı nahaqqa möhtac qoymayın".
Telegram kanalımız