Gücümüzü göstərdik, torpaqlarımızı azad etdik, qarşıda başqa hədəflərimiz var -   Politoloq

saytların hazırlanması

Evə çatdırılma

Gücümüzü göstərdik, torpaqlarımızı azad etdik, qarşıda başqa hədəflərimiz var - Politoloq

Siyasət

21 Fevral 2021 10:37 1039


“Azərbaycan torpaqları işğal altında olduğu illərdə jurnalist kimi beynəlxalq təşkilatların xətti ilə iki dəfə İrəvanda oldum, keçmiş prezident Robert Köçəryan, Serj Sərkisyan (o zaman daxili işlər və milli təhlükəsizlik naziri idi) və elə o zaman da müxalifətdə olan Vazgen Manukyandan müsahibələr aldım”.

Yenisabah.az xəbər verir ki, bunu politoloq, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Facebook" hesabında yazıb.

Politoloqun sözlərinə görə, münaqişə ilə bağlı onun suallarına Ermənistan liderləri cavab veriblər ki, ermənilər Şuşanı, Laçını və digər rayonları Azərbaycana qaytara bilməzlər. Səbəb kimi, o ərazilər uğrunda "qan tökdüklərini" diqqətə çatdırıblar: pizza hut

“Robert Köçəryan isə verdiyim çoxsaylı suallardan bezərək sonda minnət qoyaraq belə dedi: “Gücünüzü göstərsəz, bəlkə güzəştə gedə bilərik”. Bu cavabın üstündən 22 il keçdikdən sonra gücümüzü göstərdik və torpaqlarımızı azad etdik, qarşıda başqa hədəflərimiz də var. Ağır məğlubiyyətdən sonra həmin Köçəryan, Sərkisyan və Manukyan müsahibələrdə və mitinqlərdə ağız-ağıza verib geri qayıdış haqqında nağıl danışırlar. Nəticə isə göz qabağındadır. Vaxtilə Köçəryanın mənə dediyini özünə qaytarmaq istəyirəm: “Gücünüz qalıbsa, göstərin...”, - deyə ekspert vurğulayıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!