Gülay boşanma sualından yenə yayındı

saytların hazırlanması

Evə çatdırılma

Gülay boşanma sualından yenə yayındı

Şou

04 Mart 2023 10:47 1130


Müğənni Gülay Zeynallı fitnes məşqçisi olan əri Kamil Zeynallı ilə aralarında uzun müddətdir gəzib-dolaşan boşanma iddialarına aydınlıq gətirib.

 Yenisabah.az xəbər verir ki, ifaçı bu barədə “Şou xəbər” verilişində danışıb:

“Şəxsi həyatım, ailəm mənə aiddir. Heç kimə aid deyil. Qoy tamaşaçılar hər zaman sənətimdən, gördüyüm işlərdən danışsınlar. İnsanlara maraqlı deyil kiminsə şəxsi həyatı, kim nə etdi, nə iş gördü. Toyuqlu pizza

Nə yaxşı ki, o insan övladımın atasıdır. Kamili hamı tanıyır. Azərbaycanda iki “trener” varsa, onlardan biri Kamil Zeynallıdır. Həm işi, həm də elədiyi yaxşı əməllər baxımından. Çox gözəl münasibət dostluqdan da ötəridir. Bəzən elə dostluqlar var ki, bir müddətdən sonra ötür keçib, gedir. Amma normal münasibət, o daha gözəldir”.  

Qeyd edək ki, Gülay və Kamil Zeynallı cütlüyünün Sahilə adlı qız övladı var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!