Gürcüstan prezidenti qalmaqallı qanuna veto qoyacaq

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstan prezidenti qalmaqallı qanuna veto qoyacaq

Siyasət

08 Aprel 2024 21:59 600


“Gürcüstan Prezidenti Salome Zurabişvili “xarici agentlər” haqqında qanun qəbul olunarsa, sənədə veto qoyacaq”.

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə onun parlament katibi Georgi Msxiladze məlumat verib.

Bu gün o, qanun layihəsinə baxılan Büro iclasında iştirak edib. Gürcüstan parlamentinin Bürosu “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini təsdiqləyib. İndi sənədə Məhkəmə-Hüquq Komitəsinin 12 aprel iclasında baxılacaq. Dominos pizza

Qeyd edək ki, Gürcüstandakı xarici diplomatik korpusun nümayəndələri qanun layihəsi ilə bağlı narahatlıqlarını ifadə ediblər və bunun Gürcüstanın Avropaya inteqrasiyasını təhlükə altına qoyduğunu bildiriblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!