Gürcüstan sərhədlərin delimitasiyası üzrə yeni sənədləri Azərbaycana təqdim etdi

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstan sərhədlərin delimitasiyası üzrə yeni sənədləri Azərbaycana təqdim etdi

Siyasət

20 Fevral 2021 18:34 893


Gürcüstan-Azərbaycan sərhədlərinin delimitasiyasına dair yeni sənədlər Azərbaycan tərəfinə təqdim edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri postuna namizəd David Zalkaliani parlamentin komitə iclasında çıxışı zamanı bildirib. 

Onun sözlərinə görə, yaxın gələcəkdə Gürcüstan-Azərbaycan sərhədlərinin delimitasiya və demarkasiyasına dair dövlət komissiyası yeni tərkibdə görüşəcək və məsələ ilə əlaqədar detallı müzakirələr aparılacaq. pizza hut

D. Zalkaliani qeyd edib ki, azərbaycanlı həmkarı Ceyhun Bayramov ötən ilin sentyabrında Tbilisidə səfərdə olarkən məsələ ilə əlaqədar tərəflər arasında səmimi və strateji tərəfdaşlığa uyğun açıq söhbət baş tutub və məsələyə dair müsbət anlaşılma göstərilib. /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!