Dövlət sərhədini pozaraq qeyri-qanuni yollarla miqrasiya etmək niyyətində olan şəxslər saxlanılıb.
Yenisabah.az xəbər verir ki, fevralın 5-də “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycandan Gürcüstana keçmək istəyən Hindistan vətəndaşları 1967-ci il təvəllüdlü Mohammed Ameen və 1997-ci il təvəllüdlü Deepak saxlanılıblar.
Aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəldikləri, dövlət sərhədini pozaraq qeyri-qanuni yollarla miqrasiya etmək niyyətində olduqları müəyyən edilib. pizza hut
Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.
Telegram kanalımız