Gürcüstanda ara qarışdı: Əhali Hökumət evinə yürüş etdi - FOTO 

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstanda ara qarışdı: Əhali Hökumət evinə yürüş etdi - FOTO 

Dünya

18 Aprel 2024 09:54 1363


Gürcüstan paytaxtı Tbilisidə parlamentin binası önündə “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz olaraq başlayan aksiya davam edir. 

Yenisabah.az xəbər verir ki, əvvəlki günlərdən fərqli olaraq bu gün aksiyada hələlik qarşıdurma qeydə alınmayıb. Aksiya iştirakçıları parlamentin önündən hökumət evinə doğru yürüş etmək qərarına gəliblər. 

Aksiya iştirakçıları hökumət binası qarşısında Baş nazir İrakli Kobaxidze ilə görüş, “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin geri götürülməsini və bütün məhbusların azad edilməsini tələb edəcəklər.  pizza

Hökumət binası ətrafında polis toplaşıb. Azadlıq meydanında xüsusi təyinatlılar və güc strukturlarının əməkdaşları səfərbər olunublar. 

Qeyd edək ki, ötən gün Gürcüstan Prezidenti Salome Zurabişvili “Xarici təsirin şəffaflığı haqqında” qanuna veto qoyacağını açıqlayıb. O, bunu Gürcüstanda akkreditasiya olunmuş diplomatik korpusun təmsilçiləri ilə görüşdə bildirib.

Nazim HACIYEV 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!