Gürcüstanda eynicinsli nikahların leqallaşdırılması Aİ-nin tələbidir?

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstanda eynicinsli nikahların leqallaşdırılması Aİ-nin tələbidir?

Dünya

15 İyul 2022 14:28 673


"Avropa İttifaqı Gürcüstandan eynicinsli nikahların leqallaşdırılmasını deyil, ayrı-seçkiliyin aradan qaldırılmasını tələb edir".

Yenisabah.az “Novosti-Georgia”ya istinadla xəbər verir ki, bunu Aİ-nin Gürcüstandakı səfiri Karl Harzel bildirib.

“Avropa İttifaqında ailə hüququ Aİ ölkələrinin səlahiyyətində qalır və buna görə də nikahla bağlı qaydalar Aİ-yə üzv dövlətlər tərəfindən fərdi qaydada müəyyən edilir. Aİ-nin bütün üzv dövlətlərdən tələb etdiyi şey ayrı-seçkiliyin qadağan edilməsi və cinsi azlıqlar da daxil olmaqla, bütün azlıqların qorunmasıdır”, - deyə diplomat vurğulayıb. Marqarita pizza

Harzel xatırladıb ki, vətəndaşları zorakılıqdan qorumaq və hər bir insanın söz və sərbəst toplaşmaq hüququnu təmin etmək Avropa İttifaqının və bəlkə də istənilən demokratiyanın əsas dəyərləridir.

Bu hüquqların istisnasız olaraq qorunması hüquq-mühafizə orqanlarının məsuliyyəti və borcudur. Hakimiyyət orqanlarının bütün vətəndaşların, o cümlədən azlıqların bu hüquqlarını qorumaq istəyi və bacarığı Gürcüstanın Aİ-yə daxil olması prosesi kontekstində qiymətləndiriləcək”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!