Gürcüstanda saxlanılan Vüsal Mürşüdlü Azərbaycana gətirildi

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstanda saxlanılan Vüsal Mürşüdlü Azərbaycana gətirildi

Kriminal

24 Oktyabr 2023 18:41 752


Baş prokurorluğun vəsatəti əsasında Gürcüstanın Baş Prokurorluğu tərəfindən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında”22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşı Mürşüdlü Vüsal Yasin oğlunun ekstradisiyası haqqında qərar qəbul olunub.

Yenisabah.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Yasamal rayon polis idarəsində istintaq olunan cinayət işi üzrə Vüsal Mürşüdlünün Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilərək beynəlxalq axtarışa verilib. Sezar pizza

Vüsal Mürşüdlü Gürcüstan ərazisində saxlanılaraq 24.10.2023-cü il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!