Gürcüstanın Azərbaycana olan borcu AÇIQLANDI

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstanın Azərbaycana olan borcu AÇIQLANDI

Siyasət

15 İyun 2021 15:51 843


Bu il iyunun 1-nə Gürcüstanın Azərbaycana dövlət borcu 5,054 milyon ABŞ dolları təşkil edib.

Yenisabah.az “Report”a istnadən xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin hesabatında bildirilib.

Sənədə əsasən, aylıq müqayisədə qonşu ölkənin Azərbaycana borcu dəyişməyib. Dördpendirli pizza

Gürcüstanın ümumi xarici dövlət borcu təxminən 8,1 milyard ABŞ dollarına bərabərdir ki, bunun da 7,5 milyard dolları hökumətin payına düşür.

Qonşu ölkənin Türkiyə, Rusiya və Ermənistana olan borcu da mayda dəyişməyərək müvafiq olaraq 9,766 milyon ABŞ dolları, 37,468 milyon ABŞ dolları və 5, 100 milyon ABŞ dollarına bərabər olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!