Habil Vəliyev yenidən şantaja görə həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Habil Vəliyev yenidən şantaja görə həbs olundu

Kriminal

15 Yanvar 2024 12:53 1041


"Gündəlik Bakı" qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyevin saxlanılma səbəbi məlum olub.

Yenisabah.az qafqazinfo-ya istinadla xəbər verir ki, sayt rəhbəri bir neçə nəfəri şantaj etməkdə ittiham edilir.

Ona qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Marqarita pizza

Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədovanın qərarı ilə H.Vəliyev haqda 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, H.Vəliyev 5 il əvvəl şantaja görə 4 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, bu dəfə də Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!