Habil Vəliyevə bu dəfə daha ağır cəza verildi

saytların hazırlanması

Evə çatdırılma

Habil Vəliyevə bu dəfə daha ağır cəza verildi

Kriminal

19 Mart 2025 18:34 835


"Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyev növbəti dəfə eyni maddə ilə cəza alıb.

Yenisabah.az Musavat.com-a istinadla xəbər verir ki, Habil Vəliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Habil Vəliyev üç nəfərdən hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunaraq həbs edilib. Dominos pizza

Ona qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, H.Vəliyev daha əvvəl də eyni ittihamla məhkumluq həyatı yaşayaraq həbs edilmiş və 4 il həbs cəzası almışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!