Hacı Nuran Siyavuş Aslanın oğlu haqqında: “Bir müddət əvvəl görüşdük“

saytların hazırlanması

Evə çatdırılma

Hacı Nuran Siyavuş Aslanın oğlu haqqında: “Bir müddət əvvəl görüşdük“

Şou

06 May 2023 12:54 1114


Aparıcı Hacı Nuran Hüseynov mərhum Siyavuş Aslanın vəfat edən oğlu Çingiz Aslanovdan yazıb. 

Yenisabah.az Pravda-ya xəbər verir ki, o, sosial şəbəkə hesabında Çingizlə fotolarını paylaşaraq onunla bir müddət əvvəl görüşdüyünü bildirib:

"O da bu sınaqdan çıxa bilmədi. Bəlkə də xarakteri, bəlkə də ətrafındakı dostları oldu günahkar, bunu müzakirə etmək, ya da kimisə qınamaq bizə yaraşmaz. Əgər əlimizdən gəlirsə kömək edək, olmursa, qınamayaq. Çünki qınayan insan sabah öz başına nələrin gələcəyindən xəbərsizdir. pizza sifarişi

Çingiz Aslan evsiz və xəstə idi. Məskəni canı qədər sevdiyi Bakı küçələri idi. Yay-qış bu küçələrin əbədi sakini idi. Bir müddət öncə onunla görüşdük, danışdıq, maddi-mənəvi ona köməklik etdik. Amma..."


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!