Hacıqabulda rabitə dirəklərindən kommunikasiya kabelləri oğurlayan şəxs saxlanılıb.
Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, 310 metr TPP tipli kabel oğurlanaraq dövlət müəssisəsinə 1045 manat maddi ziyan vurulub.
Saxlanılan rayon sakini Elşad İbrahimovdur. pizza sifarişi
Onun rayon ərazisində başqa bir oğurluğu da törətdiyi və zərərçəkmişə 2000 manata yaxın maddi ziyan vurduğu da müəyyən edilib.
Məhkəməsinin qərarı ilə E. İbrahimov barəsində həbs qətimkan tədbiri seçilib.
Telegram kanalımız