Hacıqabul rayonunun Meyniman kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törədən sürücü saxlanılıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Araşdırmalarla müəyyən edilib ki, dekabrın 3-də saat 22 radələrində rayon sakini, 1988-ci il təvəllüdlü Razi Ağayev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə 1980-cı il təvəllüdlü Bəxtiyar Rəsulovu vuraraq hadisə yerindən yayınıb. Dominos pizza
Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə R.Ağayev məsuliyyətə cəlb edilib.
Araşdırmalar davam etdirilir.
Telegram kanalımız