Hacıqabulda qanunsuz silahlar toplanır

saytların hazırlanması

Evə çatdırılma

Hacıqabulda qanunsuz silahlar toplanır

Kriminal

03 Fevral 2024 09:30 990


Hacıqabul əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər narkotiklərə görə məhkum olunmuş Alxan Ağarəhimov saxlanılıb.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, onun əlində olan torbaya keçirilən baxış zamanı 1 ədəd atəşə yararlı "AKS-74" markalı avtomat, həmin silaha aid daraq və 29 ədəd patron aşkar edilərək götürülüb. 

Faktla bağlı RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Marqarita pizza

Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü olaraq təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində rayon sakinləri tərəfindən bir ədəd avtomat, 200-ə yaxın patron,  9 ədəd UZRQM partladıcısı, eləcə də 2-si yivli olmaqla 7 ədəd odlu silah könüllü olaraq polis şöbəsinə təhvil verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!