Hacıqabulda selə görə insanlar təxliyə edildi

saytların hazırlanması

Evə çatdırılma

Hacıqabulda selə görə insanlar təxliyə edildi

Sosial

28 İyun 2024 10:50 411


İntensiv yağan yağışlar nəticəsində Pirsaat çayının Hacıqabul rayonunun Qubalıbaloğlan kəndindən keçən hissəsində sel gəlib.

Yenisabah.az FHN-ə istinadla xəbər verir ki, bəzi ərazilərin subasmaya məruz qalıb. FHN-in Mülki müdafiə qoşunları və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri dərhal zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi üçün əraziyə cəlb olunub.

Nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdə köməksiz vəziyyətdə qalan vətəndaşlar təxliyə edilib. Marqarita pizza

Mülki müdafiə qoşunları tərəfindən çayın kənd ərazisindən keçən hissəsində zəruri olan yerlərdə bəndbərkitmə işləri həyata keçirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!