Müğənni Vüqar Muradov İkinci Qarabağ müharibəsinə həsr edilən film ətrafında yaranan qalmaqalla bağlı münasibət bildirib.
Yenisabah.az Olay-a istinadla xəbər verir ki, sözügedən layihədə yer alması planlaşdırılan Vüqar Corc Qafarovun iddialarını təsdiqləyib:
“Həmin filmdə mən də rol alacaqdım, Hadruta təlimlərə birlikdə getmişdik. Corc düz deyir, ayağımız - hər yerimiz pis günə qalmışdı, zövqlə görürdük bu işi, amma sonda dedilər ki, film qaldı marta. Bilmirəm kimlər pul yedi-yemədi, amma nəsə ortada fırıldaq olduğu bəlli oldu”. Sezar pizza
Qeyd edək ki, məsələ ilə bağlı ilk paylaşımı Corc Qafarov edib. Daha sonra aktyorlar Türkay Cəfərli və Yasin Həzirə də məsələyə münasibət bildirib.
Telegram kanalımız