Xəbər verdiyimiz kimi, Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Antoni Blinkenlə görüşüb.
Yenisabah.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi görüşün detallarını açıqlayıb.
Bildirilir ki, görüş zamanı iki ölkə arasında münasibətlər hərtərəfli müzakirə olunub. Marqarita pizza
Fidan Türkiyənin F-16-nın satınalma prosesinin yekunlaşmasını gözlədiyini bildirib.
O, həmçinin bildirib ki, İsveçin NATO-ya üzvlük prosesi ilə bağlı yekun qərarı ölkə parlamenti verəcək.
Diplomatlar Qəzzadakı vəziyyət barədə də fikir mübadiləsi aparıb
Fidan Rusiya və Ukraynada istehsal olunan qida məhsullarının dünya bazarlarına təhlükəsiz şəkildə çatdırılması üçün Türkiyənin göstərdiyi səylərə də toxunub.
Görüş zamanı Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar, Suriya və İraq kimi regional məsələlər də müzakirə olunub.
Telegram kanalımız