İran və Türkiyənin xarici işlər nazirləri arasında telefon söhbəti olub.
Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, həmsöhbətlər İsveç və Danimarkada Qurani-Kərimin təhqir olunmasını qəti şəkildə pisləməklə yanaşı, ikitərəfli, regional və beynəlxalq müstəvidə iki ölkəni maraqlandıran ən mühüm məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
İslam Respublikasının XİN rəhbəri Hüseyn Əmir Abdullahian İslam ölkələri xarici işlər nazirlərinin fövqəladə iclasının keçirilməsini təklif edib. Toyuqlu pizza
Türkiyənin xarici işlər naziri Hakan Fidan Qurani-Kərimin təhqir olunmasını bir daha pisləməklə yanaşı, ölkəmizin xarici işlər nazirinin İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin növbədənkənar iclasının keçirilməsi ilə bağlı təklifini alqışlayıb.
Türkiyənin xarici işlər naziri ölkəmizin xarici işlər nazirinə dəvətə görə təşəkkür edərək, yaxın vaxtlarda Tehrana səfər edəcəyini açıqlayıb.
Telegram kanalımız