YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Hande Yener də saçlarını kəsdi - Etiraza dəstək

Hande Yener də saçlarını kəsdi - Etiraza dəstək

Şou

30 Sentyabr 2022 14:11 629


Türkiyəli musiqiçi Mələk Mossodan sonra həmkarı Hande Yener də səhnədə saçlarını kəsib.

Yenisabah.az xəbər verir ki, sənətçi konsertində "Onlara, dünyadakı bütün qadınlara azadlıq arzu edirəm. Üzümüz gülsə də içimiz qan ağlayır" sözlərini söyləyib.

Bununla da müğənni İranda sentyabrın 16-sı əxlaq polisi tərəfindən zorakılığa məruz qalan və dünyasını dəyişən 22 yaşlı Məhsa Əmini ilə başlayan aksiyalara dəstəyini nümayiş etdirib.

Onun bu hərəkəti tamaşaçılar tərəfindən alqışla qarşılanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!