Harris tədricən Trampı üstələyir - SORĞU 

saytların hazırlanması

Evə çatdırılma

Harris tədricən Trampı üstələyir - SORĞU 

Dünya

31 İyul 2024 15:56 467


ABŞ-ın keçmiş lideri Donald Tramp demokratların prezidentliyə namizədi olan hazırkı vitse-prezident Kamala Harrisə yeddi ısas ştatdan dördündə uduzur. 

Yenisabah.az xəbər verir ki, bunu Bloomberg və Morning Consult-un keçirdiyi sorğunun nəticələri sübut edib. 

Harris Arizona (49% - 47%), Viskonsin (50% - 47%), Miçiqan (53% - 42%), Nevada (47% - 45%) ştatlarında Tramp üzərində üstünlüyə malikdir. Corciya ştatında prezidentliyə iddialılar eyni səviyyədə dəstək alıblar (47%). Tramp yalnız Pensilvaniya (50%-46%) və Şimali Karolinada (50%-46%) Harrisdən üstündür.  Toyuqlu pizza

Ümumilikdə, Harris Trampı 1 faizlə qabaqlayır: 48% - 47%. 

İyulun əvvəlində Bloomberg-in keçirdiyi və dərc etdiyi eyni sorğuda ABŞ prezidenti Co Bayden Trampa 2 faiz bəndi uduzub (47%-45%). 

ABŞ-da prezident seçkiləri bu il noyabrın 5-də keçiriləcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!