Harris Trampa cüzi faizlə uduzur - Sorğu

saytların hazırlanması

Evə çatdırılma

Harris Trampa cüzi faizlə uduzur - Sorğu

Dünya

24 İyul 2024 23:46 870


CNN-in seçkiqabağı sorğusunun nəticələrinə görə, ABŞ prezident seçkilərində Donald Tramp demokratların potensial namizədi Kamala Harrisin seçicilər arasında dəstəyinə görə bir qədər irəlidədir.

Yenisabah.az xəbər verir ki, respondentlərin 49%-i Harrislə seçki qarşıdurması olacağı təqdirdə Trampı dəstəkləməyə hazırdır.

Respondentlərin 46%-i ABŞ-ın vitse-prezidentinə səs vermək niyyətindədir. pizza

Müqayisə üçün qeyd edək ki, aprel və iyun aylarında CNN-in seçkiqabağı sorğularında Tramp hazırkı dövlət başçısı Co Baydeni 6 faiz üstələyib.

Sorğu iyulun 22-23-də keçirilib. Onda ABŞ-da qeydiyyatdan keçmiş 1,6 minə yaxın seçici iştirak edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!