Fevralda dəhşətli zəlzələnin baş verdiyi Hatayda 13 mərtəbəli binanı sökmək üçün binanın ən üst mənzilinin yuxarısına ekskavator çıxarılıb.
Yenisabah.az xəbər verir ki, binanın üzərinə çıxarılan ekskavator sosial şəbəkələrdə viral olub.
Qeyd edək ki, insanlar binanın yuxarıdan aşağı sökülməsini maraqla qarşılayıblar: Dördpendirli pizza
“Yuxarıdan sökmələri bizə çox maraqlı gəldi”, – şəhər sakinlərindən biri söyləyib.
Xatırladaq ki, fevralın 6-da baş verən dəhşətli zəlzələ nəticəsində 60 minə yaxın insan dağıntılar altında qalaraq həlak olub.
Gülxanım ƏLİYEVA
Telegram kanalımız