Hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Sosial

25 Oktyabr 2024 08:29 12951


Azərbaycanda oktyabrın 26-27-də gözlənilən küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Ağdam, Ağcabədi, Ağdaş, Ucar, Göyçay, Hacıqabul, Ağstafa, Şəmkir, Gəncə, Samux, Tovuz, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Salyan, Siyəzən, Xaçmaz, Xızı, Şabran, Tərtər, Bərdə, Beyləqan, Cəlilabad, Yevlax, Zərdab, Şamaxı, Daşkəsəndə fasilələrlə qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bu, sarı xəbərdarlığa uyğundur. pizza sifarişi

Bakıda və Abşeron yarımadasında, Mingəçevir, Goranboy, Naftalan, Neftçala, Qobustan rayonlarında isə fasilələrlə şimal-qərb küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir. Bu isə narıncı xəbərdarlığa uyğun gəlir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!