Hava ilə bağlı ƏHALİYƏ XƏBƏRDARLIQ:   “Bu insanlar üçün təhlükəlidir...”

saytların hazırlanması

Evə çatdırılma

Hava ilə bağlı ƏHALİYƏ XƏBƏRDARLIQ: “Bu insanlar üçün təhlükəlidir...”

Sosial

25 Noyabr 2024 12:35 1074


Noyabrın sonlarına yaxınlaşsaq da, istər paytaxt Bakıda, istərsə də bölgələrdə qeyri-sabit hava şəraiti hökm sürür. Ya çox isti olur, ya da həddən artıq soyuq.

Bəs bu durum nə zaman stabilləşəcək? Dəyişkən havanın əhaliyə hansı təsirləri var?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan meteoroloq Cavid Hüseynov ölkə ərazisində hökm sürən hava ilə bağlı açıqlama verib: pizza hut

“Hazırda payız fəslidir.  Hava şəraitinin də tez-tez dəyişməsi, qeyri-sabit keçməsi, bəzi günlərdə soyuq və yağıntılı olması, məhz Payız fəsli üçün xarakterik olan xüsusiyyətlərdəndir.

Sinoptik xəritələrin analizi və meteoradarların peyk görüntülərinə əsasən deyə bilərəm ki,  yaxın günlərdə, şimal-qərb istiqamətdən ölkə ərazisinə daxil olacaq hava kütlələrinin termobarik xüsusiyyətlərindən və  sinoptik şəraitdən asılı olaraq, noyabr ayının III ongünlüyünün sonunadək  hava şəraitinin qeyri-sabit,  küləkli, bəzi günlərdə soyuq və yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar və qar yağacağı ehtimal edilir”.

Həkim-allerqoloq  Şahvələd Məmmədov isə dəyişkən hava şəraitinin insanların səhhətinə təsiri barədə danışıb:

“Təbii ki, bu anormallıq əhaliyə təsir edir. İlk növbədə bu durum meteohəssas insanlar üçün təhlükəlidir. Bundan əlavə, ürək-damar xəstələri, təzyiqdən əziyyət çəkən şəxslər üçün də müəyyən risklər var və problemlər yarana bilər.

Anidən havanın kəskin dərəcədə soyuması və istiləşməsi müşahidə olunmadığını nəzərə alsaq, belə qeyri-sabit hava durumu bir o qədər də riskli hesab olunmur. Anidən havanın isinməsi isə noyabr üçün gözlənilən hava şəraiti deyil, bir neçə gün üçün keçərli idi”.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!