Hava ilə bağlı son açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Hava ilə bağlı son açıqlama

Sosial

16 Noyabr 2020 13:33 887


Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən “Yeni Sabah”a daxil olan xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz  9-11, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək 767 mm civə  sütunundan 772 mm civə sütununa yüksələcək,  nisbi rütubət  85-95  faiz təşkil edəcək.  

Noyabrın 17-də Azərbaycanın rayonlarında arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı  gözlənilir. Arabir duman olacaq. Şərq küləyi əsəcək.  Havanın temperaturu  gecə 5-8,  gündüz 10-15, dağlarda gecə 2-5 dərəcə şaxta, gündüz  2-5 dərəcə  isti olacaq.    pizza hut

Tibbi-meteoroloji proqnoz

Noyabrın 17-də Abşeron yarımadasında tutqun və yağmurlu hava şəraitinin üstünlüyü bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!