Taylandda hava limanında 100-dən çox diri heyvan, o cümlədən zirehdaşıyan, kirpi və ilan qaçaqmalçılığına cəhd edən 2 qadın həbs edilib.
Yenisabah.az AFP-yə istinadla xəbər verir ki, Tayland vəhşi təbiət qaçaqmalçıları üçün əsas tranzit mərkəzidir, heyvanlar çox vaxt Vyetnama və ya Çinə göndərilir və burada ənənəvi tibbdə istifadə olunur.
Heyvanlar qadınlar Banqkokun Suvarnabhumi hava limanında rentgen aparatlarından keçərkən aşkar edilib. Onlar Hindistana uçmağı planlaşdırırmış. Hindistanda sadalanan heyvanlar çox baha satılır. pizza
Məmurlar qadınlara məxsus çantalarda 2 zirehdaşıyan, 2 kirpi, 20 ilan, 35 tısbağa və 50 buqələmun tapıblar. Həmçinin 2 ölü iquana da aşkarlanıb.
Telegram kanalımız