Hava limanında Banqladeş vətəndaşı saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Hava limanında Banqladeş vətəndaşı saxlanıldı

Hadisə

22 Dekabr 2022 11:38 737


AZAL-ın Təhlükəsizlik İdarəsinin əməkdaşları Heydər Əliyev Beynəlxalq Aeroportunda Banqladeş vətəndaşı İslam Md Shahidul adlı şəxsi saxlayıblar.

Yenisabah.az xəbər verir ki, bu barədə hava limanının mətbuat xidməti məlumat yayıb.

Baxış zamanı onun üzərindən 20 ədəd Banqladeş pasportu və 2 möhür aşkarlanıb. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, həmin şəxs həmyerlilərini iş vədi ilə aldadaraq müəyyən pul müqabilində onları Avropa ölkələrindən birinə göndərəcəyi adı ilə Azərbaycan Respublikasına gətirib. Dominos pizza

Bundan başqa, pasportlara baxış keçirən zaman Serbiya Respublikasının saxta vizaları da aşkar edilib.

Təhlükəsizlik əməkdaşları sayəsində həmin şəxs aşkarlanmış və Hava Nəqliyyatında Polis İdarəsinə təhvil verilmişdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!