Hava yenə pisləşəcək:   Şimşək çaxacaq, yağış yağacaq, dolu düşəcək

saytların hazırlanması

Evə çatdırılma

Hava yenə pisləşəcək: Şimşək çaxacaq, yağış yağacaq, dolu düşəcək

Sosial

24 İyul 2024 12:41 552


İyulun 25-də Azərbaycanda hava şəraitinin yağıntılı keçəcəyi gözlənilir.

Bu barədə "Yeni Sabah"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində şimşək çaxacağı, leysan xarakterli intensiv olacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi əsəcək. Dördpendirli pizza

Havanın temperaturu gecə 20-25° isti, gündüz 28-31° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq rayonlarda arabir duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 28-33° isti, dağlarda gecə 12-17° isti, gündüz 18-23° isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!