Hazırda nişanlı olan qohumların nikahına icazə veriləcək?

saytların hazırlanması

Evə çatdırılma

Hazırda nişanlı olan qohumların nikahına icazə veriləcək?

Sosial

02 İyul 2024 12:49 897


Məlum olduğu kimi, Azərbaycanda əmi, bibi, xala və dayı uşaqlarının evliliyi qadağan edilib. Parlamentdə Ailə Məcəlləsinə dəyişiklik layihəsinin təsdiqi müzakirələrə səbəb olub.

Müzakirələrdən biri də qohumlar arasında hazırda nişanlı olanların nikahına icazə verilməsi məsələsidir.

Maraqlıdır, yeni qaydalar hansı tarixdən tətbiq ediləcək? Marqarita pizza

Məsələyə aydınlıq gətirən millət vəkili Fazil Mustafa bildirib ki, qaydalar bir ildən sonra qüvvəyə minəcək: "Qohum evlilikləri ilə bağlı yeni qaydalar 2025-ci il iyul ayının 1-dən qüvvəyə minəcək. Ona görə də bu məsələdə tələsiklik yoxdur, yəqin ki, bu istiqamətdə müzakirələr davam edəcək. Qanun qəbul edilib, Prezident qanunu imzalayandan sonra qüvvəyə minir"./Bizim.media


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!