“Hazırkı situasiyada ordu güclü olsa da, Rusiya meyilli şəxslər qalmaqdadır və onların fəaliyyəti...”

saytların hazırlanması

Evə çatdırılma

“Hazırkı situasiyada ordu güclü olsa da, Rusiya meyilli şəxslər qalmaqdadır və onların fəaliyyəti...”

Siyasət

09 Aprel 2021 19:58 2035


"Rusiya Xəzər hərbi donanmasını Qara dənizə təlimlər məqsədi ilə aparır. Bu, Ukrayana ətrafında baş verən müharibə ssenarisinə uyğun olaraq Moskvanın daha da həm suda, həm də quruda güclənərək, fəal şəkildə müharibəyə hazırlaşmasıdır. Müharibə başlayacaqsa, bu təkcə Donbas ətrafında deyil, Azov dənizi və Krımdan da Rusiya hücuma keçəcək".

Yenisabah.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloqun sözlərinə görəRusiya Xəzər dənizi və digər dənizlərdə olan hərbi donanmasını Ukryana ətrafına ona görə yığır ki, ABŞ və Ukrayna müharibə ssenarisindən vaz keçsin və Rusiya təzyiq yolu ilə yeni şərtlər əldə etsin. Amma, ABŞ və Ukryanın geri çəkilməsi gözlənilmir. Müharibə variantı gündəmdə qalmaqdadır". pizza mizza

Məhəmməd Əsədullazadə qeyd edib ki, müharibə başlayacağı təqdirdə, Azərbaycanın Ukraynanı dəstəkləməsi qaçılmazdı:

"Ukraynaya humanitar yardımlar da göndərilməlidir. Ukraynanı dəstəkləmək Rusiya ilə münasibətlərə mənfi təsir etməyəcək. Türkiyə də eyni cinahda yer alacaq amma, bu Rusiyaya qarşı müharibədə iştirak deyil. Ukraynanın daxilində hakimiyyət eşalonunda Rusiya agentura şəbəkəsi fəaliyyətini davam etdirir. Hazırkı situasiyada ordu güclü olsa da, Rusiya meyilli şəxslər qalmaqdadır və onların fəaliyyəti Ukraynanın uduzmasına hesablanacaq".

"Qarabağ müharibəsində Azərbaycan Rusiya meyilli hərbiçiləri müəyyən qədər orduda neytrallaşdıra bildi. Bu da uğurlu hərbi əməliyyatlıarın aparılmasına gətirib çıxardı. Dost və strateji dövlət olan Ukrayna bunu edə bilməsi çətindir. Hərhalda Azərbaycan bu təcrübəsini Ukrayna ilə bölüşməlidir", - deyə şərhini yekunlaşdırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!