Həbsdə olan və həbsdə ölən icra başçıları - SİYAHI

saytların hazırlanması

Evə çatdırılma

Həbsdə olan və həbsdə ölən icra başçıları - SİYAHI

Sosial

07 İyun 2024 13:36 12465


Hazırda həbsdə olan icra başçılarının siyahısı yayılıb. 

Yenisabah.az Globalinfo.az-a istinadla həmin siyahını təqdim edir: 

1. İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyev 12 il azadlıqdan məhrum edilib. 

2. Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyev 11 il həbs cəzası alıb. 

3. Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev 10 il müddətində azadlıqdan məhrum edilib. 

4. Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalova 12 il həbs cəzası verilib. 

5. Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov 7 il 3 ay həbs cəzasına məhkum edilib. Ötən ilin yanvar ayında Şəki Apellyasiya Məhkəməsinin qərarına əsasən, Q.Səmədovun 7 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 6 ilə endirilib. O, 2023-cü ilin iyul ayında azadlığa buraxılıb. 

6. Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ceyhun Cəfərov 8 il 6 ay müddətində həbs cəzasına məhkum edilib. 

7. Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədov 2021-ci ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub. 

8. Ağstafanın msabiq icra başçısı Nizaməddin Quliyev 9 il müddətinə azadlıqdan məhrum edilib. Nizaməddin Quliyev 2021-ci ilin sentyabrın 7-də Gəncə modul tipli xəstəxanasında COVID-19-dan vəfat edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!