“Oktyabr-noyabr aylarında...”   - Deputatdan təhsillə bağlı MÜHÜM AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

“Oktyabr-noyabr aylarında...” - Deputatdan təhsillə bağlı MÜHÜM AÇIQLAMA

Sosial

08 Sentyabr 2020 17:15 1238


Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublunun mətbuata verdiyi açıqlamaya görə, sentyabrın 15-dən etibarən ibtidai siniflər əyani təhsilə başlayacaq. 5-11-ci siniflər üçün isə sözügedən tarixdən distant təhsillə tədrisə start veriləcək.

Maraqlı məqam ondan ibarətdir ki, əyani tədris həftəiçi hər gün tətbiq olunmayacaq. Belə ki, epidemioloji vəziyyətlə əlaqədar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yerləşən ümumtəhsil müəssisələrində şagirdlərin bir qismi üçün   həftədə üç dəfə, bir qismi üçün isə iki dəfə əyani dərslər keçiriləcək.

Təhsil Nazirliyi yeni qaydalar müəyyən etdi, əyani dərslər tam rejimli həyata keçirilməyəcək. Həftənin müəyyən günləri əyani, müəyyən günləri isə distant təhsil olacaq. Toyuqlu pizza

Millət vəkili, tibb elmləri namizədi Musa Quliyev Yenisabah.az-a açıqlamasında bildirib ki, məktəblər üçün tətbiq olunacaq qaydalar kifayətdir:

“Heç kim narahat olmasın. Amma bütün valideynlər öz övladlarına bu gigiyena qaydalarını bir daha öyrətməlidirlər, gündəlik xatırlatmalıdırlar ki, uşaqlar bir-biri ilə çox yaxın təmasda olmasınlar, maska taxsınlar, sosial məsafə gözləsinlər, evə gələndə mütləq dezinfeksiyaedici vasitələrdən istifadə etsinlər. Yəqin ki, məktəblərdə də  dezinfeksiyaedici vasitələr yerləşdiriləcək və tənəffüs vaxtı bunlardan istifadə olunacaq”. 

Deputat qeyd edib ki, məktəblərdə yemək, çay kimi şeylər yığışdırılmalıdır:

“İnsanların kütləvi şəkildə istifadə etdiyi qablar ortada olmamalıdır. Uşaqlar evlərindən su, buterbrod gətirə bilərlər. Fikrimcə, biz ölkə olaraq virusun qarşısını ala bildik. Amma payızda virus infeksiyaları, adətən, aktivləşir. Oktyabr-noyabr aylarında bu infeksiyalara qarşı qoruyucu tədbirlər həyata keçirilməlidir. Biz heç nəyə baxmadan təhsilimizi davam etdirməliyik. Çünki ötən dərs ilinin üçüncü rübündən başlayaraq uşaqlar təhsildən uzaq düşüb. Bunu davam etdirmək sonradan böyük fəsadlara gətirib çıxara bilər”.

Sayad HƏSƏNLİ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!