Gəncə sakinindən hədə-qorxuyla pul tələb etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, 31 yaşlı Gəncə şəhər sakini iki nəfərin ona hədə-qorxu gələrək 100 min dollar tələb etməsi barədə polisə müraciət edib.
Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən 47 yaşlı H.Həsənov və 42 yaşlı A.Balayev müəyyən olunaraq saxlanılıblar. Toyuqlu pizza
Araşdırmalarla H.Həsənovun üzərinə keçirilən baxış zamanı ondan tramadol həbi və marixuana aşkar olunaraq götürülüb.
Telegram kanalımız