“Hədəf silahlı erməniləri tərksilah etməkdir”   - Ərdoğandan Putinə mesaj

saytların hazırlanması

Evə çatdırılma

“Hədəf silahlı erməniləri tərksilah etməkdir” - Ərdoğandan Putinə mesaj

Siyasət

16 İyun 2021 22:57 2132


“Ərdoğan Şuşadan demək istədi ki, Türkiyə-Azərbaycan hərbi ittifaqı Rusiyaya qarşı deyil, bu ittifaq Azərbaycan torpaqlarına göz dikənlərə qarşıdır”.

Yenisabah.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloq Azərbaycan və Türkiyə arasında imzalanmış müttəfiqlik anlaşmasına diqqət çəkib: Dominos pizza

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağa səfəri və Şuşada azərbaycanlı həmkarı İlham Əliyevlə imzaladığı bəyannamə Ermənistanda qorxu və vahimə yaradarkən, Moskvanın reaksiyasi hələ ki, soyuqqanlıdır, xüsusi açıqlamaları yoxdur. Rəcəb Tayyib Ərdoğanın Şuşadan bölgə ölkələrinə “gəlin əməkdaşlıq edək”, “Rusiya Prezidenti Vladimir Putin də əməkdaşlıq üçün fədakarlığa hazırdır” çağırışları Kremldə isti mesaj kimi qəbul edilə bilərdi. Yəni Ərdoğan Şuşadan demək istədi ki, Türkiyə-Azərbaycan hərbi ittifaqıRusiyaya qarşı deyil, bu ittifaq Azərbaycan torpaqlarına göz dikənlərə qarşıdır.

Buna baxmayaraq, Rusiyadakı şovinist qüvvələr Türkiyə-Azərbaycan hərbi ittifaqının gücləndirilməsini və Türkiyənin Qarabağda möhkəmlənməsini Rusiyanın Cənubi Qafqazdan sıxışdırılması, hətta Turanın qurulmasına atılan ilk addım kimi qiymətləndirə bilərlər.

Bu onların işidir. Bizim işimiz strateji müttəfiqlə əlaqələri daha üst səviyyəyə qaldırmaq, İlham Əliyevin dediyi kimi, Azərbaycan ordusunu Türkiyə ordusunun kiçik modeli halına gətirmək, Qarabağda yerdə qalan separatçıları tərksilah etmək, Ermənistanla sərhəddi tam nəzarətə götürmək, azərbaycanlıların Qarabağın bütün məntəqələrinə qaydışını təmin etmək və Zəngəzur dəhlizini işə salmaqdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!