Həlak olanlardan biri qazidir - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Həlak olanlardan biri qazidir - FOTO

Kriminal

06 Fevral 2025 11:39 5833


Xəbər verdiyimiz kimi, fevralın 4-ü gecə saat 00 radələrində Xəzər rayonu Qala-Zirə yolunda 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

News24.az qafqazinfo-ya istinadən xəbər verir ki, qəzada həyatını itirən şəxslərdən biri - 39 yaşlı Rövşən Emin oğlu Hüseynov Vətən müharibəsi qazisi imiş. 2020-ci ilin oktyabrın 13-ü döyüşdə ağır yaralanan Rövşən 3-cü qrup əlilliklə ordudan təxris edilib.

Onun 2 azyaşlı övladı yadigar qalıb. Dördpendirli pizza

Qeyd edək ki, hadisə vaxtı Samir Paşayevin idarə etdiyi "Saipa" markalı avtomobillə 22 yaşlı Nazim Musayevin sükanı arxasında olduğu "Toyota Prius" markalı maşın toqquşub. Nəticədə "Saipa"da olan sərnişinlər - Polad Salmanov, Rövşən Hüseynov və "Toyota Prius"un sərnişini Nizami Soltanov hadisə yerində ölüb.

"Toyota Prius"un sürücüsü isə hadisə yerindən qaçıb.

Faktla bağlı cinayət işi başlanılıb.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!