“Hələlik bizə də Laçındakı doğma kəndimizi  ziyarət etmək nəsib olmayıb...” - Deputat

saytların hazırlanması

Evə çatdırılma

“Hələlik bizə də Laçındakı doğma kəndimizi ziyarət etmək nəsib olmayıb...” - Deputat

Siyasət

16 Yanvar 2021 19:58 940


“Bəli, Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun apardığı 44 günlük müzəffər yürüşü sayəsində  Laçın rayonu və mənim də doğulub boya-başa çatdığım Güləbird kəndi də işğaldan azad olunub. Onu da xatırladım ki, Güləbird kəndi Laçın rayonunun bir neçə digər kəndləri ilə bərabər məlum 10 Noyabr razılaşmasından öncə şanlı ordumuz tərəfindən azad edilib. Və həmin gün möhtərəm cənab Prezident, Ali Baş Komandan öz “tvitter” səhifəsində o kəndlərin azad olunmasını elan edəndə bizim də sevincimizin həddi-hüdudu yox idi...”

Yenisabah.az xəbər verir ki, bu fikirləri Moderator.az-a açıqlamasında Milli Məclisin işğaldan azad olunmuş Laçın rayonunundan deputatı Mahir Abbaszadə söyləyib. 

“Hələlik, təəssüflər olsun ki, bizə öz doğma kəndimizi ziyarət etmək nəsib olmayıb. Mövcud durumla bağlı hərbçilər və bir neçə digər dövlət qurumu əməkdaşları istisna olmaqla mülki şəxslərlə bərabər rəsmi, vəzifəli şəxslərin də işğaldan azad olunmuş torpaqlara getməsinə icazə verilmir. Və bu da həmin ərazilərin minalardan tam təmizlənməməsi və s. zəruri məsələlərlə bağlı olduğundan kifayət qədər anlaşılandır. Hesab edirəm ki, inşallah, yaxın vaxtlarda həmin məsələlər öz müsbət həllini tapacaq və bizlər də digər Qarabağ, Laçın sakinləri kimi  öz doğma yurdlarımıza qayıda biləcəyik...”- deyə ümidini ifadə edən deputat öz doğma yurdlarını ziyarət etməyə can atan  soydaşlarımıza müvafiq qurumların göstərişlərini dinləyərək işğaldan yenicə azad olunmuş torpaqlarımız minalardan tam təmizləndiyi, təhlükəsiz olması elan olunmayınca səbir etməyi tövsiyə edib. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!