“Həm Kəlbəcərə, həm də atama qovuşacağam” - Dilqəm Əsgərovun oğlu

saytların hazırlanması

Evə çatdırılma

“Həm Kəlbəcərə, həm də atama qovuşacağam” - Dilqəm Əsgərovun oğlu

Sosial

10 Noyabr 2020 23:08 1458


"30 ilə yaxın idi Kəlbəcərin, 7 ilə yaxın idi atamın həsrətini çəkirdim. İndi atama da, Kəlbəcərə də qovuşacağam".

Yenisabah.az xəbər verir ki, bunu erməni əsirliyində saxlanılan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib.

O qeyd edib ki, qazanılan qələbənin ailəsi üçün xüsusi əhəmiyyəti var: Toyuqlu pizza

"Bu xoş günləri, bu tarixi anları bizə yaşatdığı üçün cənab prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Ordumuza çox sağ ol deyirəm. Sevincimin həddi-hüdudu yoxdur. Var olsunlar".

Məlumat üçün bildirək ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcər rayonunda öz ata-baba yurdunu, yaxınlarını ziyarət edərkən işğalçı Ermənistan hərbiçiləri tərəfindən həbs olunublar və 7 ilə yaxındır həbsxanada saxlanılırlar.  /Baku.ws


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!