HƏMAS-ın əsas hərbi liderlərindən biri öldürüldü

saytların hazırlanması

Evə çatdırılma

HƏMAS-ın əsas hərbi liderlərindən biri öldürüldü

Dünya

17 Oktyabr 2023 20:49 576


İsrail Müdafiə Qüvvələri HƏMAS hərəkatının əsas hərbi liderlərindən biri Ayman Nofəlin öldürüldüyünü açıqlayıb.

Hərbçilər onun terror qruplaşmasının hərbi lideri Məhəmməd Deyfə yaxın olduğunu xatırladıblar.

Nofəl (həmçinin Əbu Məhəmməd kimi tanınır) HƏMAS hərbi şurasının üzvü və HƏMAS-ın hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadalarının mərkəzi komandanlığının rəhbəri idi. O, sıravi israillilərə və ölkənin təhlükəsizlik qüvvələrinin üzvlərinə qarşı terror hücumlarına, silahların hazırlanmasına və istehsalına görə məsuliyyət daşıyırdı. pizza hut

Qeyd edək ki, Nofəl indiyədək 7 oktyabr hücumundan sonra öldürülən HƏMAS-ın ən yüksək rütbəli məmurudur./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!