HƏMAS liderinə sui-qəsdi bu qadın təşkil edib?

saytların hazırlanması

Evə çatdırılma

HƏMAS liderinə sui-qəsdi bu qadın təşkil edib?

Dünya

05 Avqust 2024 12:02 22033


Sosial şəbəkədəki bəzi hesablarda HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsini Şani Kuperin təşkil etdiyi bildirilib.

Yenisabah.az “Entekhab”a istinadla xəbər verir ki, Şani Kuper hazırda “Mossad”ın "İran masası"nın rəhbərlik etdiyi iddia olunur.

İddiaya görə, o, 22 avqust 2022-ci ildə bu vəzifəyə təyin edilib. Toyuqlu pizza

İsrail kəşfiyyat xidməti təyinat zamanı verdiyi açıqlamada bu qurumun tarixində ilk dəfə soyadının baş hərfi "K" olan qadını həssas bir posta, yəni “İran Ofisi”nə rəhbər gətirdiyini bildirmişdi.

Qurum “K.”-nın "İran təhlükəsinin bütün aspektləri ilə məşğul olmaq və təşkilatda əməliyyatlari İsrail ordusu və digər təhlükəsizlik agentlikləri ilə inteqrasiya etdirmək" strategiyasına cavabdeh, habelə kəşfiyyat xidmətinin veteranlarından biri olduğunu bəyan edib. 

“İran masası” rəhbəri “Mossad”da ən yüksək, ən mühüm və nüfuzlu vəzifələrdən biri sayılır.

Şani Kuper kimdir?

Şani Kuper yeni təhlükəsizlik tənlikləri yaratmağa çalışan sabiq baş nazir Naftali Bennettin qohumlarındandır. O, İsrailin Qana, Liberiya və Syerra-Leonedəki səfiri olub. Üstəlik, qısa müddət İsrailin Türkiyədəki səfirliyinin müvəqqəti işlər vəkili vəzifəsini də tutub. “İran masası”na rəhbər təyin olunduğu zaman Şani Kuper Afrikada səfir vəzifəsini icra edən yeganə israilli qadın idi.

Kuper “Haaretz” qəzetinin redaktoru və Təl-Əviv Universitetində siyasi elmlər üzrə dosent olub. O, jurnalistika üzrə bakalavr dərəcəsi, Təl-Əviv Universitetində siyasi elmlər üzrə magistr dərəcəsinə malikdir.

Onun “İran masası”na məsul təyin edilməsi İsfahanda təxribat törətməli olan 4 “Mossad” casusunun həbs olunaraq edam edildiyi zamana təsadüf edir.

Xatırladaq ki, İsmayıl Haniyəyə sui-qəsd əməliyyatı ilə bağlı hələlik heç bir rəsmi və etibarlı mənbə Şani Kuperin məsuliyyətini təsdiqləməyib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!