Bu gün Bakıya yağan qarla bağlı məşhurlar da sosial şəbəkəlrdə sevinclərini bölüşüblər.
Yenisabah.az xəbər verir ki, bəstəkar-müğənni Murad Arif axının əksinə gedərək qarı sevmədiyini bildirib.
Uşaqlıq illərini yada salan sənətçi "Uşaqlıqdan qarı sevmirəm. Həmişə ayaqqabılarım su buraxıb, əlcəklər parçadan olub. Həmişə donmuşam. Amma təbiət üçün lazımdırsa, balalar sevinirsə, qoy yağsın… "Soyuq havalar qanımızı içdi, üşüyüb donduq aman!" cümləsi sən demə uşaqlıq travmasıdır. Mənə görə ən gözəl qar, isti evin pəncərələrindən baxarkən yağan qardır. Allah üşüyənlərə istilik yetirsin", - deyə M.Arif qeyd edib. Marqarita pizza
Telegram kanalımız