“Hər gün Ukraynaya təxminən 40 raket atılır” - Volodimir Zelenski

saytların hazırlanması

Evə çatdırılma

“Hər gün Ukraynaya təxminən 40 raket atılır” - Volodimir Zelenski

Dünya

29 Mart 2022 17:44 378


“Hər gün Ukraynaya təxminən 40 raket atılır”.

“Report” UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Danimarka parlamanentinə müraciətində deyib.

“Bu səhər də belə olub. Nikolayev hədəf alınıb. Nəticədə 7 nəfər ölüb, 22 nəfər yaralanıb. Onlar Rusiya üçün heç bir təhlükə yaratmasalar da, hədəfdə alınırlar”, - dövlət başçısı söyləyib. Dominos pizza

V.Zelenski bu müharibəi İkinci Dünya savaşı ilə müqayisə edib: “Bizə qarşı qəddarlıq İkinci Dünya müharibəsindəki vandallıqdan daha çoxdur. Bu, Avropa üçün ən dağıdıcı müharibələrdən biridir. Onlarla şəhərimiz, infrastuktur obyektimiz dağıdılıb, məhv edilib. Onlardan 773-ü təhsil müəssisəsidir. Hətta dilsələr, Holokost qurbanlarının xatirəsinə ucaldılmış abilədər də hədəfdir. Ruslar Ukraynanın xarabalığa çevrilməsinə çalışırlar”, - o bildirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!