“Hərbi təlimdə iştirak edəcək Rusiya texnikasını alacağıq“

saytların hazırlanması

Evə çatdırılma

“Hərbi təlimdə iştirak edəcək Rusiya texnikasını alacağıq“

Dünya

03 Fevral 2022 16:58 643


“Belarus “Soyuznaya reşimost - 2022” ("Birlik qətiyyəti - 2022") birgə hərbi təlimində iştirak edəcək Rusiyadan hərbi texnika almağa hazırlaşır”.

Yenisabah.az BELTA-ya istinadla xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

“Biz bu il, gələn il və o biri illərdəki birgə hərbi təlimlər zamanı burada olacaq bütün texnikanı Rusiyadan almaq niyyətindəyik. Bu, bizim üçün çox vacibdir”, -  deyə Lukaşenko qeyd edib. pizza sifarişi

Bundan əvvəl Rusiya Belarusu "S-400" orta mənzilli zenit-raket kompleksləri, "Pantsır-S" qısa mənzilli hava hücumundan müdafiə sistemləri və "SU-35" qırıcıları ilə təchiz edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!