Hərbi xidmətdə olan övladlarının yanından qayıdan ailə qəzaya düşüb - Ölən var

saytların hazırlanması

Evə çatdırılma

Hərbi xidmətdə olan övladlarının yanından qayıdan ailə qəzaya düşüb - Ölən var

Hadisə

10 Avqust 2022 15:14 1230


Yevlax rayonunda avtomobillər toqquşub, ölən və xəsarət alanlar var.

Yenisabah.az report-a istinadla xəbər verir ki, hadisə Yevlax-Bərdə avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

"VAZ-2106" markalı avtomobillə digər minik avtomobilin toqquşması nəticəsində sürücü - Tovuz rayon sakini, 1953-cü il təvəllüdlü Əmrah Mahmudov ölüb, bir ailənin 3 üzvü - Tovuz rayon sakinləri, 1976-cı il təvəllüdlü Yaşar Alıyev, onun qızı, 2002-ci il təvəllüdlü Aytac Alıyeva və 2010-cu il təvəllüdlü Amil Alıyev isə xəsarət alıb. pizza hut

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Məlumata görə, həmin şəxslər Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətdə olan övladlarının yanından qayıdan zaman qəzaya düşüb.

Faktla bağlı araşdırmalara başlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!