“İlk dəfə bacım Firəngizlə bəstəkar Xanım İsmayılqızıgilə getdik, onun “Son nəfəs” mahnısını bəyəndim. Hətta o mahnını mən bəstəkardan alanda deyirdilər ki, niyə elə mahnı götürmüsən, gərək oynaq mahnı götürərdin. Dedim ki, yox, mən istəyirəm ki, mahnım səviyyəli olsun. Həmişə sırf sənəti fikirləşmişəm".
Yenisabah.az xəbər verir ki, bunu moderator-a açıqlamasında aktrisa Nərgiz Mütəllimova deyib.
O daha sonra əlavə edib: "İnanmırdım ki, bu mahnı seviləcək. Mahnıya klip də çəkdirdik, hamı da çox bəyəndi. Klipə, təzə-təzə mahnı alanda mahnıya pul xərcləyirdim. Sonradan Xanım İsmayılqızı mahnıları hədiyyə edirdi, başqa bəstəkarlar da yalnız aranjmanın pulunu alırdı. Bir də geyimlərimə xərcim çıxırdı” pizza sifarişi
“Soyadımız artıq uzun illərdir bacımın sayəsində məşhurdur (gülür). Həm də o vaxt televiziyalarda klip saatları var idi. Hamı oturub gözləyirdi ki, görəsən kimin klipini göstərəcəklər? O vaxtı da çox səviyyəli kliplər çəkdirirdilər. İndi hərə əlinə telefon alıb, klip çəkir. O vaxt günlərlə klip çəkilişlərində olurduq. Professional rejissorlarla çalışırdıq, ilk klipimi də Ülviyyə Könül çəkmişdi. Hər insanın da klipini efirdə göstərmirdilər. Təsəvvür edirsiniz, klipim Zülfiyyə Xanbabayeva, Brilliant Dadaşova, Ağadadaş Ağayevin klipi ilə eyni vaxtda efirdə gedirdi”, - deyə sənətçi qeyd edib.
Nərgiz Mütəllimova vurğulayıb ki, sənət fəaliyyəti dövründə hər zaman gündəmdə qalıb: "İndi sevinirəm ki, yaxşı ki, müvəqqəti də olsa müğənnilik fəaliyyətimə ara vermişəm. İnşallah hər şey yaxşı olsun, yenidən qayıdacağam. Qayıdışım da hər zamankı kimi möhtəşəm olacaq”.
Telegram kanalımız