Həyat yoldaşını öldürmək istəyən şəxsə hökm oxundu

saytların hazırlanması

Evə çatdırılma

Həyat yoldaşını öldürmək istəyən şəxsə hökm oxundu

Kriminal

28 Mart 2025 17:11 417


Gəncədə həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Zaur Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Yenisabah.az APA-ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Zaur Süleymanov 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. pizza hut

Zaur Süleymanov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, hadisə 2022-ci il dekabrın 14-ü baş verib. Zaur Süleymanov həyat yoldaşı Aytən Süleymanova ilə yaşadıqları evdə mübahisə edib və ona bıçaqla çoxsaylı xəsarətlər yetirib. Aytən Süleymanovanın həyatını xilas etmək mümkün olub.

Təqsirləndirilən Zaur Süleymanova Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!