Həyat yoldaşını tavandan asaraq öldürməkdə şübhəli bilinən şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Həyat yoldaşını tavandan asaraq öldürməkdə şübhəli bilinən şəxs saxlanıldı

Kriminal

24 Mart 2025 18:53 484


Naxçıvanda həyat yoldaşını tavandan asaraq öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

"Report"un yerli bürosunun əldə etdiyi məlumata görə, Sədərək rayon sakini, 2000-ci il təvəllüdlü, iki uşaq anası Aytac İbrahimlinin yaşadığı evdə özünü asaraq intihar etməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

Polis və prokurorluq əməkdaşları dərhal hadisə yerinə gələrək, müvafiq araşdırmalar həyata keçiriblər. Tədbirlər nəticəsində 1992-ci il təvəllüdlü Azər İbrahimlinin ailə münaqişəsi zəminində həyat yoldaşına xəsarət yetirdikdən sonra, tavandan asaraq öldürməsi müəyyən olunub. A.İbrahimli şübhəli şəxs qismində saxlanılaraq, istintaqa təhvil verilib. Dördpendirli pizza

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, istintaq davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!