"Bizim kənddə belə bir adət-ənənə var ki, böyük yerbəyer olmalıdır, sonra kiçiklər gəlməlidir".
Yenisabah.az bizim media-ya istinadla xəbər verir ki, bu sözləri müğənni Niyam Salami "Maqazin Plyusa" müsahibəsində deyib.
O əlavə edib: "Ailədə 8 uşaq idik. Ən sonuncu mən idim. Yalnız yeddi uşaq evləndikdən sonra növbə mənə çatacaqdı. O qədər gözləsəydim, istədiyim qız mənə çatmazdı. Bəlkə də 40-dan çox yaşım olardı. Ona görə o sevgini pozdum". Dördpendirli pizza
İlk sevgisindən söhbət açan sənətçi ona qovuşa bilməməsinin səbəblərini dilə gətirib.
"O qızı qaçırda bilməzdim, çünki onuncu sinifdə oxuyurdu. Mümkün deyildi. Həmin xanım artıq ailə qurub. Ailəyə başqa cür baxıram. Ailə çox çətindir".
N.Salami həyatında qadın olduğunu etiraf etsə də, münasibətlərini rəsmləşdirmədiyini açıqlayıb.
"Həyatımda qadın var, amma kəbinli arvadım deyil. Kişinin yanında qadın olur. Sevgi sözü həyat yoldaşına aiddir. Bir nəfərlə ürəyini bölməlisən".
Telegram kanalımız